Bu ayın 15-dən maşınların qiyməti ucuzlaşacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqust ayı ərzində həm ənənəvi maşın bazarında, həm də “online” maşın satışında aktivlik aşağı səviyyədə olub. 
 Avqust ayı ərzində həm ənənəvi maşın bazarında, həm də “online” maşın satışında aktivlik aşağı səviyyədə olub.

Metbuat.az xəbər verir ki, ayın sonlarında isə aktivlik demək olar ki, sıfıra bərabər olub. Alıcılıq qabiliyyəti aşağı olsa da, qiymətlər stabil qalıb.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən iqtisadçı Məhəmməd Talıblı sentyabrın ikinci yarısında maşın bazarında canlanma ehtimalının olduğunu deyib:

“Hazırda bazarda maşın satanların çoxu alverçilərdir. Onlar üçün də avtomobili ucuz qiymətə satmaq əlverişli deyi. Ona görə də, qiymətlərdə ciddi ucuzlaşma müşahidə edilməyib. Sentyabrın 15-dən sonra maşın bazarında qiymətlərin ucuzlaşması baş verə bilər. Bunun əsas səbəblərindən biri insanların məhz həmin dövr ərzində alış-verişin sərfəli olduğunu düşünməsidir. Belə olan təqdirdə maşın bazarında dinamikliyin müşahidə olunma ehtimalı artır”.