BU AY ƏN ÇOX “UNİBANK”IN MƏHKƏMƏSİ VAR – BANKLARIN AVQUST MƏHKƏMƏLƏRİ…

BU AY ƏN ÇOX “UNİBANK”IN MƏHKƏMƏSİ VAR – BANKLARIN AVQUST MƏHKƏMƏLƏRİ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətəndaşların banklarla bağlı məhkəmələrdə iddia qaldırması artan xətt üzrə davam edir. Hər ötən gün daha çox bank məhkəmələrə verilir, haqlarında müxtəlif maddələrlə ittihamlar irəli sürülür. Əhalinin xüsusilə gəliri aşağı olan təbəqəsi maddi sıxıntı üzündən bankların kredit şöbələrinə üz tutur. Bağlanan kredit müqavilələri ilk baxışdan vətəndaşın xeyrinə təsiri bağışlasa da, sonradan problem üzə çıxır və məlum olur ki, kredit götürən bankın hiyləgər kredit tələsinə düşüb. Bir günlük gecikmədə belə borca faiz yazılır, bir çox hallarda banklar borca görə vətəndaşı hədələyir, mənzilini əlindən almaqla qorxudur… Bu onu göstərir ki, bankın məqsədi vətəndaşa kömək etmək deyil, onu mümkün qədər çox borclandırıb prosesi uzatmaq və vətəndaşdan mümkün qədər çox yararlanmaqdır.

Tribunainfo.az xəbər verir ki, bu, bank sektorunun vətəndaşla qeyri-sağlam münasibətinin göstəricisidir. Məhz bu səbəbdəndir ki, ölkə üzrə fəaliyyət göstərən banklarla bağlı hər gün məhkəmələrdə iddialar qaldırılır. Ölkədə elə bir bank yoxdur ki, vətəndaşlar tərəfindən məhkəməyə verilməsin, vətəndaşla problem yaşamasın. Artıq illərdir ki, ay ərzində məhkəməyə verilmə sayına görə “rekord” qıran banklar da var.

Məsələn, hə ay olduğu kimi bu ay da vətəndaşlar tərəfindən ən çox məhkəməyə verilən bank “UNİBANK” olub. Belə ki, bu bankla bağlı avqust ayında məhkəmələrdə 479 iddia qaldırılıb.

Tribunainfo.az digər bankların avqust ayında baş tutacaq məhkəmə proseslərinin sayını təqdim edir:

“KAPİTAL BANK” 424 məhkəmə
“ACCESSBANK” 173 məhkəmə
“AZƏRBAYCAN BEYNƏLXALQ BANKI” 144 məhkəmə
“BANK OF BAKU” 126 məhkəmə
“YELO BANK” 118 məhkəmə
“BANK RESPUBLİKA” 117 məhkəmə
“BANK VTB” (AZƏRBAYCAN) 75 məhkəmə
“EXPRESSBANK” 75 məhkəmə
“NAXÇIVANBANK” 62 məhkəmə
“AZƏR-TÜRK BANK” 52 məhkəmə
“RABİTƏBANK” 42 məhkəmə
BANK “BTB” 39 məhkəmə
“MUĞANBANK” 38 məhkəmə
“PAŞA BANK” 34 məhkəmə
“MELLİ İRAN BANKI” BAKI FİLİALI 22 məhkəmə
“YAPI KREDİ BANK AZƏRBAYCAN” 17 məhkəmə
“XALQ BANK” 15 məhkəmə
“AFB BANK” ASC 8 məhkəmə,
“ZİRAAT BANK AZƏRBAYCAN” 4 məhkəmə
“PREMİUM BANK” 3 məhkəmıə
“BANK AVRASİYA” 2 məhkəmə
“AZƏRBAYCAN SƏNAYE BANKI” ASC 1 məhkəmə