Birinci yeri sahiblərinin cəmi 34%-nin almağı tövsiyə etdiyi model tutdu.
Bir çox sahiblər bu avtomobillərdən narazıdır
Bəzi avtomobillər sahibləri üçün tam bir məyusluq ola bilər. Bunun müxtəlif səbəbləri var – aşağı etibarlılıq və zəif yığım keyfiyyəti daxil olmaqla.
Tribunainfo.az xəbər verir ki, Consumer Reports sahiblərinin ən çox narazı qaldığı avtomobilləri müəyyən edib. Reytinqə adi minik avtomobilləri, krossoverlər və SUV-lar daxil edilib.
Sahiblərinin ən çox narazı qaldığı TOP-11 avtomobil:
Jeep Grand Cherokee PHEV
Jeep Compass
Volkswagen Taos
Mazda CX-90 PHEV
Nissan Sentra
Toyota Corolla Cross
Mercedes-Benz C-Class
Infiniti QX60
Audi Q8 E-Tron
Nissan Altima
Audi Q4 E-Tron
Ən aşağı məmnunluq reytinqi Jeep Grand Cherokee PHEV hibrid SUV modelinə məxsusdur. Modelin sahiblərinin cəmi 34%-i bu avtomobili almağı tövsiyə edib.
İmran Kərimli