“Koenigsegg Agera RS” avtomobili saatda sıfırdan 400 km sürətə və yenidən sıfıra ən tez çatdırmaq üzrə yeni rekordu müəyyənləşdirib.
“Koenigsegg Agera RS” avtomobili saatda sıfırdan 400 km sürətə və yenidən sıfıra ən tez çatdırmaq üzrə yeni rekordu müəyyənləşdirib.
TİA.AZ xarici KİV-ə istinadən xəbər verir ki, avtomobil saatda 400 km sürətə 26,88 saniyədə çatıb. Yenidən sıfıra isə 9,56 saniyədə enib. Ümumilikdə isə 1958 metr yol gedilib və 36,44 saniyə sərf olunub.
Bununla da, “Bugatti Chiron”un sentybarda əldə etdiyi 41,92 saniyəlik rekordu qırılıb.
Rekord cəhdi zamanı avtomobil 37,28 saniyədə saatda 403 km-ə qədər yüksəlib.
Qeyd edək ki, avtomobil Niklas Lilja idarə edib.