backend

Bu avtomobil 100 ildə bir dəfə yanacaqla doldurulacaq – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın şimal-şərqində yerləşən Konnektikut ştatında fəaliyyət göstərən Laser Power Systems (LPS) şirkəti yeni layihəsiylə bütün dünyanı heyrətləndirəcək. 

ABŞ-ın şimal-şərqində yerləşən Konnektikut ştatında fəaliyyət göstərən Laser Power Systems (LPS) şirkəti yeni layihəsiylə bütün dünyanı heyrətləndirəcək.

TİA.AZ xarici mətbuata istinadən xəbər verir ki, şirkət ən qalın material sayılan toriumdan yeni mühərrik sistemi hazırlayır. Bu mühərrik sayəsində yanacaq problemi birdəfəlik həll olunacaq. Şirkət hazırda bu layihəni təcrübədən keçirir.

Torium mühərrikinin cari modelinin çəkisi 200 kiloqramdır və ənənəvi avtomobilin kapotunun altına asan yerləşir. Ancaq ekspertlər bu nəticəyə gəlib ki, bir qram torium özündə daha çox enerji saxlayır, nəinki 28 min litrlik benzin. Belədə 8 qram bu maddədən olsa, bir əsr ərzində avtomobili qidalandıracaq.