BU AN: İrəvan QARIŞDI, etirazçılar ZƏNCİRLƏNDİ

BU AN: İrəvan QARIŞDI, etirazçılar ZƏNCİRLƏNDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrəvanda XİN-in qarşısında keçirilmiş etiraz aksiyası zamanı saxlanılanların azadlığa buraxılmasını tələb “Vətən naminə Tavuş” hərəkatının üzvləri Ermənistan İstintaq Komitəsinin qarşısına toplaşıb.

APA-nın “Sputnik Armenia”ya istinadən xəbərinə görə, burada onları polis əməkdaşlarından ibarət canlı sədd qarşılayıb.

Etirazçılar polis rəisi Aram Ovanisyanla görüşməyi tələb etsə də, əvəzində İrəvan Polisinin rəis müavini Edqar Petrosyan bunun üçün ərizə yazıb, ona cavab verilməsini gözləməli olduqlarını deyib.

Daha sonra etirazçılar özlərini bir-birinə zəncirləyib. Aksiya iştirakçıları səlahiyyətli şəxslər onları qəbul etməyincə ərazidən getməyəcəklərini açıqlayıb.