Usta aktyor Kolin Farrell oğlunun xəstəliyindən ilk dəfə danışıb. “Mən dünyanın Ceymsə qarşı mehriban olmasını istəyirəm”, – deyib.
Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, irlandiyalı aktyor, “Oskar” mükafatına namizəd olan və “The Banshees Of Inisherin” (2022) filmindəki roluna görə “Qızıl Qlobus” mükafatını qazanan Kolin Farrelin oğlu çox nadir bir xəstəliklə mübarizə aparır.
Aktyorun Kim Bordenave ilə birliyindən dünyaya gələn 20 yaşlı oğlu Ceyms Angelman Sindromu adlı genetik xəstəliklə mübarizə aparır.
Ceymsə ilk dəfə serebral iflic diaqnozu qoyuldu və o, təxminən iki yaş yarım olanda Angelman sindromu üçün testdən keçməsi tövsiyə edildi.