Bu ailələr 435 manat müavinət alacaq

Bu ailələr 435 manat müavinət alacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyevin dünən təsdiqlədiyi “Sosial müavinətlər haqqında” Qanuna edilən dəyişikliklə yeni müavinət növləri təsis edilib.

Tribunainfo.az-ın məlumatına görə, himayədar ailəyə verilmiş uşağa görə müavinətlər aşağıdakı kimi olacaq:

– 0-6 yaş arası uşağa görə – 355 manat, 7-13 yaş arası uşağa görə – 375 manat, 14-18 yaş arası uşağa görə – 395 manat;

Himayədar ailəyə verilmiş 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinətlər aşağıdakı kimi olacaq:

– 0-6 yaş arası uşağa görə – 395 manat, 7-13 yaş arası uşağa görə – 415 manat, 14-18 yaş arası uşağa görə – 435 manat.

Eyni zamanda himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün müavinət 200 manat olacaq.