Bu agentliyə yeni vəzifə həvalə olunub

Bu agentliyə yeni vəzifə həvalə olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisadiyyat Nazirliyinin tabeliyində olan İqtisadi Zonaların İnkişafı Agentliyi, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 1 may tarixli, 2131 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən, işğaldan azad edilmiş ərazilərdə yerləşən sənaye parklarında istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlər üzrə maliyyə yardımı göstərəcək.

Tribunainfo.az-ın məlumatına görə, bununla bağlı qərar Nazirlər Kabineti tərəfindən təsdiqlənib.

Maliyyə yardımı istehlak edilən elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə şamil olunacaq.

Yardımın ödənilməsi 2023-cü il yanvarın 1-dən etibarən həyata keçiriləcək.