Keçmiş əməkdaş Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyini məhkəməyə verib.
Tribunainfo.az xəbər verir ki, iddianı Abışov Elçin İlyas oğlu qaldırıb. İşin mahiyyəti əmək mübahisəsidir. İddiaçı işə bərpa edilməsini və əmək haqqını tələb edir.
İş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. 11 oktyabr tarixində hakim Namiq Cəfərovun sədrliyi ilə işə baxılacaq.
Nigar