BU AGENTLİK MƏHKƏMƏ ÇƏKİŞMƏLƏRİNDƏ: HÜQUQ MÜDAFİƏÇİSİ VÜQAR BEHBUDOVU TƏNQİD ETDİ

BU AGENTLİK MƏHKƏMƏ ÇƏKİŞMƏLƏRİNDƏ: HÜQUQ MÜDAFİƏÇİSİ VÜQAR BEHBUDOVU TƏNQİD ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Az qala elə bir ay yoxdur ki, Sosial Xidmətlər Agentliyi narazı vətəndaşlar tərəfindən məhkəməyə verilməsin.

Tribunainfo.az araşdırıb ki, qarşıdakı 30 gün ərzində agentliyin vətəndaşlarla 22 məhkəmə çəkişməsi var.

Əksər məhkəmə iclaslarında agentliyə qarşı qaldırılan iddialar inzibati orqanın aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdir.

Müstəqil Həmkarlar Birliyinin həmtəsisçisi, hüquq müdafiəçisi Xəzər Teyyublunun saytımıza bildirdiyinə görə, sözügedən təşkilatdan kütləvi şikayətlər olur. Onun fikrincə, buna səbəb vətəndaşların üzləşdiyi bürokratik əngəllər, süründürməçilik hallarıdır. Hüquq müdafiəçisi hesab edir ki, həm vətəndaşlar narazı salınır, həm sözügedən agentlik nüfuzdan düşür: “Bu qurumun sədri Vüqar Behbudovun fəaliyyətinin nəticəsidir ki, təkcə bir ay ərzində 22 məhkəmə çəkişməsi var. Deməli, idarəetmə, sistem düzgün təşkil olunmayıb, vətəndaşlarla ünsiyyət problemi var və onların məsələləri həllini tapmır”.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi əslində sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) sosial xidmət göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması və sair üzrə fəaliyyət göstərən publik hüquqi şəxsdir. Ancaq yarandığı gündən bu agentliyin fəaliyyətindən narazılıq var. Yəni mətbuatda elə bir gün olmur ki, şəhid ailələrinin, qazilərin Sosial Xidmət Agentliyinin fəaliyyətsizliyindən şikayəti dərc edilməsin.