Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi istiqamətində Ali Məhkəməyə müraciəti ilə bağlı Rusiyaya xəbərdarlığımızı etmişik.
Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi istiqamətində Ali Məhkəməyə müraciəti ilə bağlı Rusiyaya xəbərdarlığımızı etmişik.
Bu sözləri Axar.az-a açıqlamasında İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov deyib. Millət vəkili bildirib ki, hələ qarşıda məhəkəmə prosesi var:
“Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi istiqamətində Ali Məhkəməyə müraciəti ilə bağlı Rusiyaya xəbərdarlığımızı etmişik. Eyni zamanda, Milli Məclisdə bu məsələyə öz münasibətimizi bildirmişik. Mənə elə gəlir ki, burada elə bir ciddi şey yoxdur. Məhkəmənin qərarından çox şey asılı olacaq. Əgər ÜAK Rusiyanın daxili qanunlarını, hüquqlarını pozmayıbsa, onda Konqres öz fəaliyyətini bundan sonra da uğurla davam etdirəcək”.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev də hesab edir ki, Rusiya bu barədə bir qədər fikirləşməlidir, çünki bu, çox xoşagəlməz bir haldır:
“Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğvi ilə bağlı müraciətinə çox mənfi yanaşıram.
Belə bir hadisə heç baş verməməliydi. Rusiya düşünməlidir ki, Azərbaycana qarşı bu cür etmək olmaz. İnanıram ki, Rusiya Ali Məhkəməsi düzgün qərar qəbul edəcək. Çünki bu, Rusiya və Azərbaycan arasında münsibətlərin inkişafı aspektindən də çox önəmlidir və yanlış bir qərar Bakı-Moskva əlaqələrinə xələl gətirə bilər. İnanıram ki, Rusiyanın aidiyyəti orqanları bu barədə öz mövqelərini düzgün istiqamətləndirə biləcəklər. O da aydındır ki, bu məsələ birbaşa və şəksiz erməni siyasətinə xidmət edir”.