Yeni Zelandiyalı Lorens Uotkins 2253 söz uzunluğunda adla Ginnesin Rekordlar Kitabına düşüb.
Tribunainfo.az-ın xəbərinə görə, onun bütün adını oxumaq üçün 20 dəqiqə vaxt lazımdır.
Onun adını toyunda oxumaq əvəzinə kasetdə səsləndirməli olublar.
1965-ci ildə anadan olan Vatkins, gənc yaşlarında televiziya proqramlarına maraq göstərdiyindən bəhs edib. CNN International-a danışan Vatkins, “Məni bu rekord sahibləri heyran edirdi. Dünyanın ən sürətli, ən hündür, ən güclü insanları… ən uzun saçlı, ən uzun dırnaqlı insanlar və daha çox şey. Mənim kimi normal bir insan üçün ən yaxşı şans dünyanın ən uzun adını yaratmaq idi” deyib.
Dəniz Pənahova