Bu 3 həkim yüzlərlə həkimə qara yaxdı – ŞOK AÇIQLAMA

Bu 3 həkim yüzlərlə həkimə qara yaxdı – ŞOK AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-yə yaşayan aparıcı Qənirə Ataşova bir neçə gündür Azərbaycanda plastik-cərrah və kosmetoloq kimi fəaliyyət göstərən həkimlərlə bağlı paylaşımları ilə diqqət çəkib.

Onun sözlərinə görə, Səhiyyə Nazirliyinə 30 min manat verib bir gecədə ixtisas dəyişən həkimlərin siyahısı tərtib edilib. 2011-ci ildən sonra Azərbaycanda rezidentura təhsili tətbiq olunur. Qanuna əsasən, rezidenturanı bitirməyənlər ixtisaslı həkim ola bilməz. Amma təqdim edilən siyahıdakı həkimlərin heç biri estetik cərrahiyyə üzrə rezidentura təhsili almayıb.

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən, həmin siyahıda adı hallanan tanınmış həkim Əlif Hüseynzadə bildirib ki, bunu hazırlayan əslində 3 həkimdir. Onlar bilərəkdən qarayaxma üçün adımı həmin siyahıya salıblar.

Cərrah bildirib ki, bu həkimlər Dilqəm, Adil və Vüqardır.

“Bu günlərə çatmaq üçün illərimizi, zamanımızı sərf etdik. Amma hansısa bir bloggerin əsaslanmadan paylaşımına reaksiya təəssüf doğurur. Günah əslində o siyahını əsaslanmadan başqa məqsəd güdüb, tərtib edib göndərəndədir. “Dost” dediyimiz 2-3 cərrah edib. Əgər söhbət sağlam rəqabətdən gedirsə birinci siyahı başqa olmalı idi. İkinci iş göstər, ortalığa nəticə çıxart, pasientlər sizi seçsin. Belə rəqabətin adı başqadır. Belə şeylərə səbəb Qurd Parazitlərin olduğuna inandığımda ALBENDAZOL (qurd dərmanı) kimi preparatların effektiv olacağına inanıram”.

Dəniz Pənahova