Ağ çörək və kartof qanda şəkəri qəfil və kəskin qaldırır.
TİA.AZ xəbər verir ki,bunu həkim nutrisioloq Svetlana Qoraynova bildirib.
Məhz bu 2 ərzaq şəkər xəstələri üçün təhlükəlidir, onlar ən yüksək qlikemik indeksə malikdir.
Çörəyin qlikemik indeksi isə 70-75-dir.
Yüksək növ ağ undan çörək və qidalar orqanizmə heç bir fayda vermir.
Kartofda indeks 97 baldır.
Kartofla çörəyi birgə yemək isə diabetlər üçün komaya bərabərdir.
Hər iki qidanı yedikdə elə hesab edin ki, bir şüşə qlükoza içdiz.
Lakin kartof faydalı mikroelementlərlə zəngindir.
Emal edilmiş unda isə heç nə yoxdur.
Ona görə də qabıqlı bişmiş kartofu arada çörəksiz yemək olar.