IQ-sü yüksək olan insanlar adi insanlardan fərqli xüsusiyyətlərə malikdirlər. Onlardan bəziləri sizin üçün maraqlı ola bilər.
Milli.Az ağıllı insanların bir neçə vərdişini tərtib edib. Beləliklə, başlayaq!
Yüksək yumor hissi
Ağıllı insanlar hər hansı məclisdə lətifə danışaraq insanları güldürməzlər. Hər kəsin başa düşə bilməyəcəyi ağıllı zarafatlar edirlər.
Müşahidə etmək bacarıqları
Ağıllı insanlar hər hansı bir durumda bütün detalların sürətlə fərqinə varır və analiz edirlər.
Keçmişdən dərs
Ağıllı insanların həyatında “Kaş ki” ifadəsinə yer yoxdur. Yaşadıqları hər hadisədən nəticə çıxarmaq bacarıqlarına malikdirlər. Gördükləri işlərdə ya qazanırlar, ya da öyrənirlər, amma əsla uduzmurlar.
Açıq fikirlilik
Keyfiyyətli məsləhətləri həm dinləyir, həm də dinləməyi bacarırlar. Deyilənlərdən sadəcə paylarına düşəni götürürlər, yəni filterdən keçirirlər.
Neqativ düşünməyə vaxt yoxdur!
Onlar üçün zaman qiymətlidir. Vaxtlarını kiminsə haqqında pis danışmağa, dedi-qoduya xərcləmirlər.
Verdiklərini qərarların arxasındadırlar!
İsrar etmir və sizə əsla “Sifət etmirlər”. Sona qədər düşüncələrinin arxasında dayanırlar və bu fikri müzakirə etməyə həmişə açıqdılar. Heç vaxt ünsiyyətdən qaçmırlar.
Təcrid olmağı bacarırlar
Özlərini dinləmək istədikdə, asanlıqla daxili səslərini eşidə və özlərinə təslim ola bilirlər.
Narahatlıq
Bəzən narahatlıq hissini çətinliklə idarə edirlər. Çünki hadisələrə bütöv bir mənzərədən baxır və hər ehtimalı nəzərə alırlar.
Təkliyi sevirlər
Tək vaxt keçirməkdən zövq alırlar. Təkbaşına kinoteatra getməyə və kafedə oturmağa çəkinmirlər.
Hər hansı bir asılılıqları var
Bu, onların neqativ adlandıra biləcəyimiz xüsusiyyətlərindən biridir. Asılılığa meyllidirlər.
Mütalicə sevgisi
Hər kitabı oxumazlar, işlərinə yarayacaq kitabları oxuyub təhlil edərlər. Bir kitabı, adətən sona qədər oxumurlar. Nəzərdən keçirib, ancaq bəzi yerlərini oxuyub nəticə çıxarırlar. Bilirlər ki, ehtiyac duyduqları cümləni hardan tapmaq olar. (publika)