“BTB” BANK MƏHKƏMƏ ÇƏKİŞMƏSİNDƏ – MÜŞTƏRİLƏR NARAZIDIR

“BTB” BANK MƏHKƏMƏ ÇƏKİŞMƏSİNDƏ – MÜŞTƏRİLƏR NARAZIDIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bağladığı müqavilələrin şərtlərinə əməl etməyən Bank “BTB” məhkəməyə verilib.

Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, hər ay bu qəbildən məhkəmə çəkişməsi olan Bank “BTB”-nin bu ay da kifayət qədər məhkəməsi var. Avqust ayı ərzində sözügdən bankı məhkəmədə 49 proses gözləyir. Məhkəmə iclaslarının çoxu banka qarşı vətəndaşlar tərəfindən irəli sürülmüş ittihamlardır.

Belə ittihamlardan birini də Bank “BTB”-yə qarşı Kerymava Nataliya Konstantin adlı şəxs tərəfindən irəli sürülür. Bank imzaladığı müqavilənin şərtlərinə əməl etmədiyi üçün məhkəməyə verilib.

İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, ipoteka müqaviləsi üzrə mübahisələr, ipoteka müqaviləsi ilə bağlı digər mübahisələrdir. İşə hakim İlahə Annasovanın sədrliyi ilə baxılır.

Əmircanov Qabil Sədi oğlu da bu problemlə üzləşdiyi üçün Bank “BTB”-ni məhkəməyə verib. Bu prosesdə də işin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, kredit müqaviləsi üzrə mübahisələr, ipoteka müqaviləsi üzrə mübahisələrdir.