Azərbaycanda bank sektorunda ələnmələr davam edir. Hazırda rentabelli çalışmayan və rəqabətliliyə davamsız banklar bir-bir ləğv olunur. İllərlə vətəndaşa kredit verməkdən başqa heç bir işi olmayan həmin bankların indi bazarı tərk etməsi gözləniləndir. Bu günlərdə daha biri – “Muğanbank” bağlandı. Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, tezliklə ləğv növbəti “BTB Bank”a çata bilər. Son dövrlərdə bu bankın fəaliyyətində durğunluq, geriləmə, statistik göstəricilərində inkişaf olmadığı, gəlirlərin azaldığı və hətta zərərlə işlədiyi haqda xəbərlər yayılmaqdadır. Bu gedişlə “BTB Bank”ın lisenziyasının ləğvi istisna edilmir. Ümumilikdə, 20-yə yaxın bankın maliyyə-bank sistemində qalacağı proqnozlaşdırılır.