BSU rektoru öz yalanını özü ifşa etdi – Foto

BSU rektoru öz yalanını özü ifşa etdi – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev sosial şəbəkə hesabında rəhbərlik etdiyi qurumun uğuru ilə bağlı təbliğat paylaşımı ilə gündəmə gəlib.

Tribunainfo.az Bakupost.az-a istinadən xəbər verir ki, Anar Nağıyev BSU-nun ilk dəfə olaraq RUR (Round University Ratings) reytinqi sıralamasında yer aldığını bildirib.

“Reytinqin ən mühüm komponenti olan tədrisin təşkili mexanizmi üzrə isə dünya sıralamasında 808-ci, Azərbaycan sıralamasında 5-ci yerdə qərarlaşmışıq”, – rektor bildirib.

Rektorun elə özünün əlavə etdiyi skrində isə BSU-nun “dünya universitetləri sıralamasında 1098-ci, Azərbaycan universitetləri üzrə isə 6-cı” olduğu görünür.

Qeyd edək ki, Round University Ranking (RUR) — ali təhsil müəssisələrinin beynəlxalq səviyyədə qiymətləndirilməsini aparan reytinq sistemidir. Rusiya mərkəzli olan bu reytinq sistemi 2010-cu ildən fəaliyyət göstərir. Round University Ranking dörd əsas göstərici qrupu – tədris, tədqiqat, beynəlmiləlləşmə, maliyyə dayanıqlığı üzrə universitetləri qiymətləndirir. 2025-ci il üçün RUR reytinqində ümumilikdə 1200 universitet sıralanıb. Ölkəmizdən isə 9 universitetin adı bu siyahıda yer alıb.

 

-Qərbi Kaspi Universiteti – dünya üzrə 934-cü, Azərbaycan üzrə 1-ci yer;

 

-Bakı Dövlət Universiteti – dünya üzrə 825-ci, Azərbaycan üzrə 2-ci yer;

 

– Azərbaycan Dövlət İqtisad Universiteti – dünya üzrə 855-ci, Azərbaycan üzrə 3-cü yer;

 

– Azərbaycan Universiteti – dünya üzrə 1055-ci, Azərbaycan üzrə 4-cü yer;

 

– Azərbaycan Memarlıq və İnşaat Universiteti – dünya üzrə 1094-cü, Azərbaycan üzrə 5-ci yer;

 

– Bakı Slavyan Universiteti – dünya üzrə 1098-ci, Azərbaycan üzrə 6-cı yer;

 

– Azərbaycan Texniki Universiteti – dünya üzrə 1126-cı, Azərbaycan üzrə 7-ci yer;

 

– Bakı Biznes Universiteti – Dünya üzrə 1130-cu, Azərbaycan üzrə 8-ci yer;

 

– Gəncə Dövlət Universiteti – dünya üzrə 1150-ci, Azərbaycan üzrə 9-cu yer.