Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat, REAL partiyaları, D 18 təşkilatı və müstəqil namizədlərin mitinqlə bağlı müraciətinə cavab verib.
TİA.AZ xəbər verir ki, BŞİH-dən açıqlama verilib.
Verilən məlumata görə, müraciətə baxılıb və mitinqin keçirilməsinə razılıq verilməyib.
Qeyd edək ki, Müsavat, REAL partiyaları, D 18 təşkilatı və müstəqil namizədlər seçkidə baş verənlərlə bağlı Bakı şəhəri, metronun “28 May” stansiyasının qarşısındakı meydanda mitinq keçirmək barədə BŞİH-ə müraciət etmişdi.