BŞİH Milli Şuranın mitinqinə razılıq verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın oktyabrın 7-də mitinq keçirməklə bağlı müraciətini cavablandırıb.
 Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın oktyabrın 7-də mitinq keçirməklə bağlı müraciətini cavablandırıb.

APA-nın xəbərinə görə, meriya mitinqin keçmiş “Məhsul” stadionunda keçirilməsinə razılıq verib.

Qeyd edək ki, Milli Şura oktyabrın 7-də saat 15:00-17:00-dək keçmiş “Məhsul” stadionunda mitinq keçirmək haqqında qərar verib və mitinqə icazə verilməsi üçün BŞİH-ə müraciət edib.