Bir qrup narazı sakin Bakı şəhər İcra Hakimiyyəti ilə bağlı məhkəməyə müraciət edib.
Tribunainfo.az xəbər verir ki, Bakı İH-lə bağlı iddianı 19 sakin qaldırıb. Onlar Cavadov Cavad, Mərdanov Rəşad, Musayev Namaz, İsmayılov Cavan, Sadıqov Elçin, Qurbanov Xəyyam, İsmayılova Leyla, Əliyeva İlahə, Mərdanov Vüsal, İsmayılova Xalidə, Cümşüdlü Xəyal, Qurbanova Reyhan, Məhərrəmov Nicat, Hacıyev Bəxtiyar, İsmayılov Cavid, Sadıqova Zibeydə, Qurbanov Röyal, Musayeva Xalidə, Sadıqov Elvindir.
İşin mahiyyəti inzibati orqanın aktları və hərəkətləri ilə əlaqədar mübahisədir. İşə Bakı İnzibati Məhkməsində baxılır. Tərəflər arasında ilk proses noyabr ayında keçirilib. Növbəti proses 2025-ci ilin 15 yanvar tarixinə təyin edilib. İş hakim Emin Abdullayevin icraatındadır.
Xatırladaq ki, məhkəməyə verilən Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovdur.
Tərəfləri dinləməyə hazırıq.
Nigar