Hava hücumundan müdafiə qüvvələri Bryansk səmasında Ukraynaya məxsus pilotsuz təyyarəni vurub.
Tribunainfo.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Boqomaz məlumat verib.
“Ukraynalı terrorçuların hücumunun qarşısı Rusiya Müdafiə Nazirliyinin Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən alınıb. Bryansk Sovetski rayonunun səmasında pilotsuz uçuş aparatı vurulub. Ölən və yaralanan yoxdur.
Dronun düşməsi nəticəsində inzibati binanın dam örtüyü və pəncərələri qismən zədələnib. Yanğın başlayıb”, – Boqomaz Telegram kanalında bildirib.
Qubernator əlavə edib ki, hadisə yerində operativ və təcili xidmətlər işləyir.
Ötən gün Bryansk vilayətinin Klimovo kəndinin atəşə tutulması nəticəsində dinc sakinlər arasında itkilər olub.