BRÜSSELDƏN SON DƏQİQƏ AÇIQLAMASI – ƏLİYEVLƏ PAŞİNYAN GÖRÜŞÜNDƏ…backend

BRÜSSELDƏN SON DƏQİQƏ AÇIQLAMASI – ƏLİYEVLƏ PAŞİNYAN GÖRÜŞÜNDƏ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kişinyovdan 45 kilometr aralıda yerləşən Bulboaca kəndində Paşinyanla Əliyev arasında növbəti görüş olacaq.

Tribunainfo.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, Avropa Şurasının rəhbəri Çarlz Mişel Moldovada bildirib ki, cümə axşamı Ermənistan və Azərbaycan liderləri Nikol Paşinyan və İlham Əliyevlə görüşdə “iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün siyasi iradə təsdiqlənəcək”.

Moldovanın Kişinyovdan 45 kilometr aralıda yerləşən Bulboaca kəndində Avropa Siyasi Birliyinin sammiti keçirilir. Mişelin Paşinyan və Əliyevlə danışıqları bu sammit çərçivəsində planlaşdırılır. Ermənistanın baş naziri, Fransa prezidenti, Almaniya kansleri, Avropa Şurasının sədri və Azərbaycan prezidenti arasında da beştərəfli görüş baş tutacaq.

“Bu, bu gün mühüm bir görüş baş tutacaq. Artıq bir neçə həftə əvvəl Brüsseldə Ermənistan və Azərbaycanın hər iki liderləri ilə görüşmək imkanım olub. Biz müəyyən irəliləyiş əldə etmişik və ümid edirəm ki, bu, bir daha fürsət olacaq. İki tərəf arasında münasibətləri normallaşdırmaq üçün ümumi siyasi iradəni bir daha təsdiqləsin”, – deyə o bildirib.