BRÜSSELDƏKİ DANIŞIQLARDA ANKLAVLAR MƏSƏLƏSİ MÜZAKİRƏ OLUNMAYIBbackend

BRÜSSELDƏKİ DANIŞIQLARDA ANKLAVLAR MƏSƏLƏSİ MÜZAKİRƏ OLUNMAYIB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paruyr Hovhannisyan bəyan edib ki, ərazi bütövlüyünün qarşılıqlı tanınması Azərbaycan qoşunlarının Ermənistan ərazisindən çıxarılmasını nəzərdə tutur.

Tribunainfo.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, Azərbaycan-Ermənistan danışıqları kontekstində anklavlar məsələsi müzakirə olunmayıb.

Bu barədə Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan brifinqdə iki ölkə liderlərinin və Avropa İttifaqı Şurasının rəhbərinin Brüssel görüşünü şərh edərkən bildirib.

Danışıqlardan sonra Çarlz Mişel qeyd edib ki, tərəflər bir-birinin ərazi bütövlüyünün tanınmasına sadiq olduqlarını bir daha təsdiqləyiblər.

“Qoşunların çıxarılmasına gəlincə, bu ideya xüsusilə Aİ və ABŞ-dakı tərəfdaşlarımız tərəfindən səsləndirilib. Təbii ki, tanınma qoşunların çıxarılmasını nəzərdə tutur”, – o əlavə edib.

Qeyd edək ki, mayın 14-də Belçikanın paytaxtında Nikol Paşinyan, İlham Əliyev və Şarl Mişel arasında danışıqlar olub. Nəticədə bir sıra razılaşmalar əldə olunub.