Bruno Fernandes ora getmək istəmir

Bruno Fernandes ora getmək istəmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mançester Yunayted”in kapitanı Bruno Fernandes mövsümün sonunda Səudiyyə Ərəbistanı Pro Liqasına keçməyə maraq göstərmir.

Tribunainfo.az “BBC Sport”a istinadən xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi cari mövsümdə klubda qalaraq komandasına Çempionlar Liqasına vəsiqə qazanmaqda kömək etmək və növbəti mövsüm Avropada “Mançester Yunayted” forması ilə çıxış etmək istəyir.

Lakin “qırmızı şeytanlar” Çempionlar Liqasına yüksələ bilməsə, Fernandesin yayda klubdan ayrılaraq Avropanın aparıcı komandalarından birinə keçməsi ehtimal olunur.

Nihat Kərimli