“Broylerləri yeməyin deyənlər inkişafdan xəbərsizdir” – Qida mütəxəssisi

“Broylerləri yeməyin deyənlər inkişafdan xəbərsizdir” – Qida mütəxəssisi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son vaxtlar broyler toyuqlarının insan sağlamlığına zərərli olub-olmaması barədə cəmiyyətdə müxtəlif fikirlər və söz-söhbətlər yayılıb. Hətta skandinav ölkələrində sürətliböyüyən toyuqların ləğvi ilə bağlı təkliflər irəli sürülüb.

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən qida mütəxəssisi, ekspert Ağa Salamov toyuq növləri və onların fərqləri barədə danışıb.

 

A. Salamovun sözlərinə görə, toyuq növləri 3 qrupa bölünür. Yavaş, sürətliböyüyən broylerlər və kənd çolpaları.
Bunların arasında fərq ondan ibarətdir ki, yavaşböyüyən broylerlərin hardasa, 70-90-100 gün müddətində, hətta 18 həftəyə qədər böyümə müddətləri olur. Hansı ki, bunlar yarka dövründən, yumurtlamazdan əvvələ gəlib çıxırlar. Elmi dildə yarka dövrü adlanır.
Sürətlə böyüyən toyuqlar 1 ay, ay yarıma artıq böyüyür və kəsimə gedir.
Kənd çolpaları isə ənənəvi olan, yəni ən azı 6 ay müddətində, uzun bir vaxta böyüyür. Ən faydalıları da bunlardır. Çünki bunlar ilk növbədə gəzir, yavaşböyüyənlər kimi ayaqları tutulmur. Sürətli böyüyənlərdə isə sümük inkişafı getmir və ayaqları topal qalır. Kənd toyuqları əksinə, hərəkətdə olur, zülallarla, soxulcanlarla qidalanır. Günəş şüası gördüyünə görə təbii ki, kənd çolpasının ətində D vitamini, qida göstəriciləri yüksək, dadı da ləzzətli olur. Gec bişsə də dadına söz yoxdur. Yavaşböyüyənlər broylerdir və bütün dünyada bu broylerlərə ehtiyac var. Kimsə, hər hansısa bir mütəxəssis qalxıb desə ki, “bu broylerləri yeməyin” o, səhv edir. Onun bugünkü gedişatdan, inkişafdan xəbəri yoxdur. Çünki bu gün meqapolis həyatdır. Heç kim toyuq saxlamır. Bir ölkəni təmin edəcək qədər kənd çolpası yoxdur. Restoranlar, şadlıq evləri, evlərimizə broyler alırıq. Kənd çolpası da ala bilirik. Amma hamı kənd toyuğu alsa, heç kimə çatmaz. Ona görə də bizə yavaşböyüyən broylerlərin alınması məsləhət görülür, nəinki sürətliböyüyən. Sürətliböyüyən toyuqlar hormon qidaları ilə böyüdülür. Onlar nə günəş işığı görür, nə də hərəkət edirlər. Qaldı bunların qadağan olunmasına, heç bir ölkədə bu qadağan olunmayıb. Sadəcə olaraq, təkliflər irəli sürülüb. Danimarka, İsveç, Norveç və s. kimi ölkələrdə irəli sürülüb. Mən apardığım araşdırmalara əsasən deyə bilərəm ki, həmin ölkələr təkliflər irəli sürüblər ki, sürətliböyüyən toyuqları yığışdırsaq məsləhətdir. Ola bilər ki, irəli sürülən təkliflər əsasında qanun qəbul olunubsa, mənim bundan məlumatım yoxdur. Mən 4 il Almaniyada yaşamışam, broyler yemişik. Hansı ki, o broylerləri mən Bakıda görməmişəm. Həmin broylerlər sürətliböyüyən olub və hündüşka boyda olublar.

Dəniz Pənahova