“British Council” təşkilatının Azərbaycan üzrə filialı erməni dilində reklam paylaşdı – AÇIQLAMA – FOTO

“British Council” təşkilatının Azərbaycan üzrə filialı erməni dilində reklam paylaşdı – AÇIQLAMA – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“British Council” təşkilatının Azərbaycan üzrə filialının “İnstagram” səhifəsində erməni dilində reklam paylaşılması böyük narazılıqla qarşılanıb. Paylaşılan post reklama çıxarılsa da, bir müddət sonra silinib. 

Təşkilat Pravda.az-a bununla bağlı narazılıqlara aydınlıq gətirib.

Bildirilib ki, erməni dilində paylaşılan post “British Council”ın İELTS proqramı ilə bağlı olub:

“Təəssüf ki, belə bir hal baş verdi. Qlobal komandanın bir səhvi idi. Komandaya tez xəbərdarlıq etdik. Sadəcə texniki səhv idi. Post paylaşılan kimi müdaxilə edildi, qısa vaxt ərzində aradan qaldırıldı”.