backend

“British Airways” Azərbaycanı tərk etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sərnişin və yük daşımaları həyata keçirən “British Airways Plc.” şirkəti Azərbaycan nümayəndəliyini ləvğ edib. 

Sərnişin və yük daşımaları həyata keçirən “British Airways Plc.” şirkəti Azərbaycan nümayəndəliyini ləvğ edib.

TİA.AZ Fins.az-a istinadən xəbər verir ki, bu haqda Vergilər Nazirliyi xəbər yayıb.

Məlumata əsasən, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri Yasamal rayonu İzmir küçəsi, ev 8, “Hyatt Tower -2” (VI mərtəbə) ünvanına bildirə bilərlər.

“British Airways” aviaşirkəti dünyanın təxminən 400 istiqamətinə uçuşlar yerinə yetirir.

Xatırladaq ki, şirkət bu ilin aprelin 29-dan London-Bakı-London istiqaməti üzrə aviauçuşlarını dayandırıb.