Britaniyanın 61 yaşlı yeni baş naziri kimdir? – DOSYEbackend

Britaniyanın 61 yaşlı yeni baş naziri kimdir? – DOSYE

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya parlamentinə keçirilən seçkilərdə müxalifətdə olan Leyboristlər Partiyası qalib gəlib. Səslərin hesablanmasının aralıq nəticələrinə görə, Leyboristlər Partiyası yeni hökumətin qurulması üçün lazım olan çoxluğu əldə edərək, 650 yerdən 356-sını qazanıb.
Leyboristlər Partiyasının 61 yaşlı lideri Keir Starmer Böyük Britaniyanın növbəti baş naziri olacaq.

Tribunainfo.az xəbər verir ki, BBC-nin məlumatına görə, hazırkı baş nazir – Mühafizəkarlar Partiyasının lideri Rişi Sunak seçkilərdə məğlub olduqlarını etiraf edib və Starmeri qələbəsi münasibətilə təbrik edib.
“Bu gün hakimiyyətin əldən-ələ ötürülməsi dinc və nizamlı şəkildə, hər tərəfdən xoş niyyətlə baş tutacaq. Bu, hamımızda ölkəmizin sabitliyinə və gələcəyinə inam yaratmalıdır. Britaniya xalqı bu gün ayıq bir hökm çıxardı, öyrənməli çox şey var… və uğursuzluğa görə məsuliyyəti öz üzərimə götürürəm”, – Rişi Sunak deyib.

Britaniyanın yeni baş naziri Keir Starmeri kimdir?

Bəziləri Leyboristlər liderini xarizmasının olmamasına və “darıxdırıcı” yanaşmalarına görə tənqid edir, digərləri isə praqmatizminə görə tərifləyirlər.

Keir Starmer 2020-ci ildə Leyboristlər Partiyasının başına keçəndə onu “seçilə bilən” hala gətirəcəyinə söz vermişdi. Leyboristlər ümumi seçkilərdə sarsıdıcı məğlubiyyətdən sonra həmin il ciddi böhran içində idilər.

Xarizmasının olmaması və hətta “darıxdırıcı” yanaşması ilə tənqid olunan 61 yaşlı keçmiş vəkilin taktikası, işə yaradı. Leyboristlər Mühafizəkarları liderlik vəzifələrindən kənarlaşdıraraq Britaniya siyasətinin mərkəzinə qayıtdı və Starmerin özü artıq növbəti hökumətə başçılıq etməyə hazırlaşır.

Keir Starmer 1962-ci ildə anadan olub və London yaxınlığındakı Surrey adlı kiçik bir şəhərdə böyüyüb. Anası Milli Səhiyyə Xidmətində, atası isə metal emalı fabrikində işləyib.

Gələcək baş nazir Lids Universitetində hüquq üzrə bakalavr dərəcəsi alıb və bir neçə hüquq firmasında və insan haqları təşkilatlarında işləyib.

2008-ci ildə o, növbəti beş il ərzində Kral Prokurorluğu Xidmətinə rəhbərlik edib.

2015-ci ildə Starmer Londonun şimalındakı Kamden seçki dairəsindən deputat seçilib. Bir il əvvəl siyasətçi hətta cinayət mühakiməsi sahəsində xidmətlərinə görə “cəngavər” rütbəsinə layiq görülüb.

Keir Starmer 2020-ci ildə sələfi Ceremi Korbinin bir sıra seçkilərdə məğlub olması və sonra istefa verməsindən sonra Leyboristlər Partiyasının sədri olub.

Yeni lider Britaniya seçicilərinin gözündə mütərəqqi solun cəlbediciliyini artırmaq üçün yola çıxmışdı. Beləliklə, o, daha radikal sol cinahdan olanları, əslində partiyanın sükanı arxasındakıları  kənara çəkməyə başladı. Hətta keşçiş sədr Korbin özü də onların arasında idi.

Starmer bir dəfə müsahibəsində “bəzən yaxşı lider olmaq üçün amansız olmalısan” demişdi.

O, Leyboristlər proqramının bir sıra əsas məqamlarından – məsələn, gəlir vergilərinin artırılması, ölkənin dövlət xidmətlərinin əksəriyyətinin milliləşdirilməsi və Britaniya universitetlərində təhsil haqlarının ləğvi kimi məsələlərdən imtina edəndə bir çox partiya üzvlərini qıcıqlandırmışdı.

Həmkarlar ittifaqları və ətraf mühitin mühafizəsi üzrə təşviqatçılar onun bu yaxınlarda ildə 28 milyard funt sterlinq (33 milyard avro) dəyərində ekoloji layihələri maliyyələşdirmək vədindən imtina etməsinə görə tənqid etdilər.

Lakin onun özü bu yaxınlarda bəyan etdi ki, ölkə üçün “böyük və cəsarətli planı” var.

Britaniya mediası yazır ki, bura vergidən yayınma ilə mübarizə, səhiyyə xidmətlərindən istifadə imkanlarının yaxşılaşdırılması və iş şəraitinin yaxşılaşdırılması yolu ilə müəllim və polis əməkdaşlarının ştatının genişləndirilməsi daxildir.

Starmerin seçki manifestində Avropa İttifaqınıln vahid bazarına və ya gömrük ittifaqına qayıdış daxil deyil, baxmayaraq ki, o, eks-baş nazir Boris Consonun “sındırılmış” Brexit razılaşmasını yaxşılaşdırmaq üçün düzəlişlər etmək istədiyini söyləyib.
Keir Starmer vəkillik fəaliyyəti zamanı zaman tanış olduğu Viktoriya Alexander adlı xanımla 2007-ci ildə evlənib. Onların bir oğlu və bir qızı var.
Viktoriya Polşadan olan yəhudi əsilli bir atanın qızıdır, anası da yəhudiliyi qəbul etmişdi, onların ailəsi Londonun Kamden mahalının İncil Oak bölgəsində yaşayırdı.
Hüquq praktikasını tərk etdikdən sonra Viktoriya övladlarının oxuduğu məktəbdə müdiri vəzifəsində çalışıb və daha sonra ictimai səhiyyə sistemində əməyin mühafizəsi məsələləri ilə məşğul olub.

Keir Starmer özünü ateist adlandırır, lakin həyat yoldaşı və uşaqları ilə birlikdə Liberal Yəhudilik sinaqoquna gedir.