Alan Dunkan: ““Ey gənclər, çoxlu məşq edin, …”
Alan Dunkan: ““Ey gənclər, çoxlu məşq edin, …”
“Tofiq Bəhramovun adı ilə Böyük Britaniya futbolu arasında çox yaxşı əlaqə var. Onun adına Britaniyada hörmətlə yanaşırlar və futbol tarixinə yazılıb”. TİA.AZ “Report”a istinadən xəbər verir ki, bunu jurnalistlərə Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə naziri Alan Dunkan deyib.
Çempionlar Liqasında qrup mərhələsinin “Qarabağ” – “Çelsi” oyunu haqda danışan nazir bildirib ki, bu, təcrübə baxımından çox əhəmiyyətlidir: “Əslində Azərbaycan futbolunun keyfiyyəti və standartı da gündən-günə yaxşılaşır. Baxmayaraq ki, “Qarabağ” “Çelsi”yə 0:6 hesabı ilə uduzub, təcrübəni nəzərə alsaq, bu, o qədər də pis nəticə deyil. Çünki siz bir neçə il öncə futbolda yüksək nailiyyətlərə başlamısınız. Mənə elə gəlir ki, nailiyyətləriniz ildən-ilə daha da yaxşılaşacaq”.
A.Dunkan Azərbaycanlı gənclərə verdiyi məsləhətlər haqqında da danışıb: “Az öncə azərbaycanlı gənclərin futbol oynadığını gördüm və onlara dedim: “Ey gənclər, çoxlu məşq edin, ambisiyalı olun və eyni zamanda, daha güclü komandalara qalib gəlməyi öyrənin”.