Britaniyada yüzlərlə işçi “McDonald’s”a qarşı iddia qaldırıb

Britaniyada yüzlərlə işçi “McDonald’s”a qarşı iddia qaldırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyada 700-dən çox keçmiş və indiki “McDonald’s” işçisi fast-food şəbəkəsinə qarşı iş yerində təqib iddiasına qoşulub.

Bu barədə “Leigh Day” hüquq firması məlumat yayıb.

“McDonald’s”da işləyən 19 və ondan aşağı yaşda olan 700-dən çox işçi onların adından məhkəmə iddiası qaldırılması tələbi ilə “Leigh Day” hüquq firması ilə əlaqə saxlayıblar”, – deyə şirkət öz internet səhifəsində bildirib.

Qeyd olunur ki, hazırda bu şəbəkənin 450-dən çox restoranı məhkəmə proseslərində iştirak edir. “McDonald’s” ixtisaslaşmış iddialar qrupunun nümayəndələri ilə söhbətlərdə qurbanlar irqçilik, təqib və əlilliyə görə ayrı-seçkilik təcrübələrini bölüşüblər.