Britaniyada elektron siqaret çəkən yeniyetmələrin sayı kəskin artıb – Qadağan edilir

Britaniyada elektron siqaret çəkən yeniyetmələrin sayı kəskin artıb – Qadağan edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Böyük Britaniya birdəfəlik vapların (elektron siqaret) satışını qadağan etməyi planlaşdırır.
Tribunainfo.az yazır ki, baş nazir Rişi Sunakın ofisindən verilən məlumata görə, qanun layihəsi hökumətə təqdim olunacaq.
Qanunvericilik yeniliyi son iki ildə birdəfəlik elektron siqaretlərdən istifadə edən 11-17 yaşlı yeniyetmələrin sayının təxminən 9 dəfə artdığı statistikaya əsaslanır. 11-15 yaşlı britaniyalı uşaqların təxminən 9%-i indi elektron siqaret çəkir.

Sunakın ofisinin nümayəndələri qeyd ediblər ki, vapinq məhsullarının tərkibindəki nikotinin yüksək dərəcədə asılılıq yarada biləcəyi və uzunmüddətli sağlamlığa təsiri məlum deyil. Vapinqdən imtina narahatlıq, konsentrasiya problemi və baş ağrılarına səbəb ola bilər.
Yeni qanun layihəsi, cihazları yeniyetmələr üçün daha az cəlbedici etmək üçün vapinq maye ləzzətlərinə və məhsul qablaşdırmasına məhdudiyyətlər qoyacaq. Bundan əlavə, vaplar mağaza rəflərində qabarıq şəkildə nümayiş etdirilməyəcək və 18 yaşdan kiçik şəxslərə nikotin qablarının satışı qadağan ediləcək. Britaniya hökuməti həmçinin yetkinlik yaşına çatmayanlara vap satışına görə yeni cərimələr tətbiq edəcək.
Sunakın ofisindən verilən açıqlamada britaniyalıların təxminən 70%-nin hökumətin təşəbbüsünü dəstəklədiyi qeyd edilib. Oktyabrın əvvəlində Rişi Sunak 1 yanvar 2009-cu il tarixində və ya ondan sonra doğulmuş insanlara siqaret satışını qadağan etmək niyyətində olduğunu açıqlamışdı ki, bu da britaniyalıların gənc nəsillərinin siqaretə aludəçilik riskindən qaçmasını təmin etməkdir.