Böyük Britaniya hava hücumundan müdafiəni dəstəkləmək üçün Ukraynaya 650 çoxməqsədli “Martlet” raketləri göndərəcək.
Tribunainfo.az xəbər verir ki, Böyük Britaniya Müdafiə Nazirliyinin bəyanatına görə, ilk partiya 2024-cü ilin sonuna qədər təhvil verilməlidir: “Böyük Britaniya Ukraynanın hava hücumundan müdafiəsini dəstəkləmək üçün 162 milyon funt sterlinqlik müqavilə çərçivəsində 650 LMM raketi göndərəcək”.
Qeyd olunur ki, Kiyev üçün “Martlet”-lərdən ibarət yardım paketi sentyabrın 6-da Ramştaynda Böyük Britaniyanın Müdafiə naziri Con Haley tərəfindən rəsmən elan ediləcək.