Britaniya Rusiyanı bütün dünyaya təhdid hesab edir

Britaniya Rusiyanı bütün dünyaya təhdid hesab edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya bütün ölkələrə təhlükə yaradır.

Oxu.Az xəbər verir ki, belə bəyanatla Böyük Britaniyanın müdafiə naziri Qevin Uilyamson çıxış edib.

 Onun sözlərinə görə, 3 il əvvəl Londonda Rusiyanı “yaranan təhlükə” kimi dəyərləndirirdilər, lakin hadisələrin hansı məcrada inkişaf edəcəyini bilmirdilər.

“Dünyanın 2015-ci ildən əldə etdiyi təcrübəsi göstərir ki, söhbət yalnız Böyük Britaniya və ya Avropanın digər ölkələrinə deyil, bütün dövlətlərə yönələn təhlükədən gedir”, – Uilyamson deyib.

O qeyd edib ki, Moskva məqsədinə çatmaq üçün məxfi əməliyyatlar və siyasi diversiyalardan istifadə edir.