Britaniya Myanma hərbçilərinə təlimi dayandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniya Myanma hərbçilərinin təlimi ilə bağlı proqramı dayandırıb.

 

Britaniya Myanma hərbçilərinin təlimi ilə bağlı proqramı dayandırıb.

Axar.az xəbər verir ki, buna səbəb olaraq Arakan müsəlmanlarının Myanma hökuməti tərəfindən təzyiqlərə məruz qalması göstərilib. London Myanma hərbçiləri üçün təlimlərin bölgədəki vəziyyətin həll olunacağı zaman yenidən bərpa ediləcəyini bildirib.

Qeyd edək ki, son günlər Myanma hökuməti Arakan müsəlmanlarına qarşı təzyiqləri gücləndirib. Nəticədə son 1 ay ərzindən Arakandan 421 min müsəlman Banqladeşə qaçıb.