BRİTANİYA KƏŞFİYYATI – RUSLAR DÖYÜŞDƏN İMTİNA EDİRbackend

BRİTANİYA KƏŞFİYYATI – RUSLAR DÖYÜŞDƏN İMTİNA EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya ordusunda təlim və motivasiya olmaması səbəbindən Ukraynaya qarşı döyüşməkdən imtina yüksək səviyyədədir”.

Tribunainfo.az xəbər verir ki, Britaniya kəşfiyyatının məlumatına görə, fərarilərin çoxu səfərbər olanlarla əvəz olunur.
Departamentin hesabatına görə, avqustun 25-də hərbi məhkəmə iki rus əsgərini Ukrayna cəbhəsinə qayıtmaq əmrinə tabe olmadıqları üçün ən azı iki il müddətinə azadlıqdan məhrum edib.

“Meduza” yazır ki, Rusiya həftədə 100-ə yaxın əsgərini döyüşməkdən imtina etdiyinə görə cəzalandırır.

“Bu tendensiya davam edərsə, hər il döyüşməkdən imtinaya görə təxminən 5200 məhkum olacaq”, – hesabatda deyilir.