BRİTANİYA İSVEÇDƏKİ VƏTƏNDAŞLARINA XƏBƏRDARLIQ ETDİ

BRİTANİYA İSVEÇDƏKİ VƏTƏNDAŞLARINA XƏBƏRDARLIQ ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniya Xarici İşlər Nazirliyi İsveçdəki vətəndaşlarına ölkədə baş verə biləcək terror aktları barədə xəbərdarlıq edib.

Tribunainfo.az xəbər verir ki, Böyük Britaniya Xarici İşlər Nazirliyinin təlimatında deyilir: “Çox güman ki, terrorçular İsveçdə əməliyyatlar keçirməyə cəhd edəcəklər. Siz ictimai yerlərdə sayıq olmalısınız”.

Qeyd edək ki, İsveçdə də nümayişlərin ola biləcəyi bildirilir, lakin onlar adətən dinc xarakter daşıyır.

“Bununla belə, siz mümkün qədər nümayişlərdən qaçın və yerli hakimiyyət orqanlarının tövsiyələrinə əməl etməlisiniz”, – Britaniya Xarici İşlər Nazirliyi tövsiyə edir.