“Brilyant əl”in ulduzu bir ildir ki, ruhi xəstəxanada saxlanılırbackend

“Brilyant əl”in ulduzu bir ildir ki, ruhi xəstəxanada saxlanılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Aktrisa Svetlana Svetliçnaya Alzheimer xəstəliyi ilə mübarizə aparır və dərin demensiyadan əziyyət çəkir. 

Tribunainfo.az 7days-ə istinadla xəbər verir ki, bu barədə onun gəlini Olqa İvaşova danışıb.

O, bir gün əvvəl Svetliçnayanın pnevmoniya şübhəsi ilə vərəmlə mübarizə mərkəzinə aparıldığı barədə mətbuatda yayılan məlumatı təsdiqləməyib.
“Onun pnevmoniya xəstəliyi yoxdur. <…> Əlbəttə, indi o, özünü yaxşı hiss edə bilmir. Adam birinci qrup əlil, Alzeymer xəstəliyi, dərin demansdır. O, özünü necə hiss edə bilər?” – İvaşova Beşinci Kanala bildirib.
Qeyd edək ki, ötən il yaxınları Svetliçnayanı Gilyarovskinin psixiatriya xəstəxanasına yerləşdiriblər. O, hələ də məcburi müalicə üçün oradadır. Yaxınlarının dediyinə görə, o, yaxınlarını tanıya bilmir, yaddaşında problemlər yaranıb, aqressiv davranır, xüsusi müalicə olmadan özünə və başqalarına zərər verə bilər.
Svetliçnaya “Brilyant əl” filmindəki son dərəcə cazibədar rolu ilə məşhurlaşıb. O, həmçinin “İlyiçin zastavası”, “Cəbhə müdafiədə olarkən”, “Səma fatehləri”, “Baharın on yeddi anı” və digər filmlərdə rol alıb.