SSRİ lideri Leonid Brejnevin nəvəsi Andrey Brejnev babasının şəkillərinin reklam məqsədi ilə istifadə edilməsinə görə Novosibirskdə yerləşən Oktyabr rayon məhkəməsinə müraciət edib.
SSRİ lideri Leonid Brejnevin nəvəsi Andrey Brejnev babasının şəkillərinin reklam məqsədi ilə istifadə edilməsinə görə Novosibirskdə yerləşən Oktyabr rayon məhkəməsinə müraciət edib.
Axar.az xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidmətindən informasiya yayılıb.
“Andrey Brejnevin müraciəti əsasında “Taym Prezents Ltd” şirkəti barədə Leonid Brejnevin simasından reklam məqsədi ilə istifadə edərək əsassız mənfəət əldə etmənin qarşısının alınması və dəymiş mənəvi ziyanın kompensasiya edilməsi iddiası qaldırılıb”, – məhkəmə bəyanatında deyilir.