Los-Ancelesdə Bred Pittin evi oğurlanıb
Los-Ancelesdə amerikalı aktyor Bred Pittin evi qarət edilib.
Tribunainfo.az xəbər verir ki, bu barədə NBC News mənbələrə istinadən məlumat yayıb.
Polisin versiyasına görə, hadisəyə üç nəfər qarışıb. “Döyüşçü klubu” filminin ulduzunun evinə pəncərədən daxil olan şəxslər müxtəlif qiymətli əşyaları aparıblar. Lakin mənbələr oğurlanan əşyaların təxmini dəyəri barədə məlumat verməyib.
Məlumata görə, bu, son aylarda Los-Ancelesdə tanınmış şəxslərin evlərinə edilən ilk hücum deyil. Belə ki, qış aylarında aktrisa Nikol Kidmanın, ABŞ-ın MLS liqasının “Los-Anceles” klubunda və Fransa yığmasında çıxış edən futbolçu Olivye Jirunun evləri də oğurlanmışdı.
Qeyd edək ki, daha əvvəl Bred Pitt aktrisa Ancelina Colidən boşandıqdan sonra anonim alkoqoliklər toplantılarına qatıldığını demişdi. O, bu görüşlərdəki insanların səmimiliyindən təsirləndiyini və “çirkin tərəflərini” göstərdikdən sonra özünü azad hiss etdiyini bildirmişdi.
İmran Kərimli