Bred Pitt ata olmaq istəyir – Görün kimlə…

Bred Pitt ata olmaq istəyir – Görün kimlə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ancelina Colidən dramatik şəkildə ayrılan Bred Pitt axtardığı sevgini tapıb.

Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, Hollivudun məşhur adı Bred Pitt yenidən evlənməyə hazırlaşır.

İki il əvvəl görüşməyə başlayan Bred Pitt və İnes de Ramon evliliyə hazırlaşır. 29 yaşı olan İnes Hollivudun ən maraqlı adları sırasındadır. Bred Pitt sentyabrın əvvəlində İnes de Ramonla əl-ələ verib Venesiya Film Festivalına gələrək sevgilərini elan edib.

Bred Pittin 60, sevgilisi İnes de Ramonun isə 31 yaşı var. Bred Pitt və İnes de Ramon ilk dəfə qırmızı xalçaya birlikdə çıxıblar. İkili Venesiya Film Festivalında Pittin yeni filmi “Qurdlar”ın premyerasına qatılıb. ‘Formula 1’ filminin çəkiliş meydançasında aktyorla birlikdə olan Ramon yenidən sevgilisini tək qoymayıb. Məşhur cütlüyü Bred Pittin “Wolfs” serialındakı rol yoldaşı Corc Kluni və həyat yoldaşı Amal Kluni müşayiət edib.

Diqqətdən uzaqda eşq yaşayan cütlüyün evlilik yolunda olduğu iddia edilib. Ancelina Colidən 6 uşağı olan , lakin uşaqları ilə araları yaxşı olmayan Bred Pittin 31 yaşlı sevgilisindən uşaq dünyaya gətirmək istədiyi barədə xəbərlər yayılıb.

 

Dəniz