Braziliyada G20 sammiti başlayır

Braziliyada G20 sammiti başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliyanın Rio-de-Janeyro şəhərində 20 ölkədən ibarət G20 qrupunun iki günlük sammiti başlayır.

Tribunainfo.az-ın xarici mətbuata istinadən xəbərinə görə, tədbirə G20 ölkələrinin və bəzi digər dövlətlərin liderləri, o cümlədən Anqola, Boliviya, Qətər, Kolumbiya, Misir, Malayziya, Nigeriya, Sinqapur və Vyetnamın rəhbərləri dəvət olunub.

Braziliya sədrlik dövrü üçün əsas mövzular kimi davamlı inkişaf, qlobal idarəetmə və institutların, o cümlədən BMT, Beynəlxalq Valyuta Fondu (BVF) və Ümumdünya Ticarət Təşkilatının islahatlarını, sosial inteqrasiyanı və aclıqla mübarizəni seçib.

Noyabrın 18-də Braziliyanın təklif etdiyi Aclıq və Yoxsulluqla Mübarizə üzrə Qlobal Alyansının rəsmi təqdimatı planlaşdırılıb. Alyansın məqsədi, xüsusilə ən həssas regionlarda ərzaq təhlükəsizliyinin təminatı üçün ölkələri, beynəlxalq təşkilatları və özəl sektoru hərəkətə keçirməyə təşviq etməkdir.

Braziliya həmçinin, bəyanata Ukrayna və Yaxın Şərqdəki münaqişələrin sülh yolu ilə həlli çağırışını da daxil etmək istəyir. “Sülhün təmin edilməsi barədə mesaj yalnız konkret münaqişəyə deyil, bütün münaqişələrə aiddir. Bu, Braziliyanın qlobal idarəetmə islahatlarına verdiyi önəmi təsdiqləyir. Bizə sülh lazımdır ki, beynəlxalq cəmiyyətin əsas hədəflərinə, yəni yoxsulluqla mübarizəyə və davamlı inkişafın irəlilədilməsinə, o cümlədən iqlim dəyişikliyi ilə mübarizəyə diqqət yetirə bilək”, – sammitöncəsi Braziliyanın şerpası (G20 üzvü olan ölkənin liderinin etibarlı adamı-red) Maurisio Liriu bildirib.