Braziliya millisinin yeni baş məşqçisi müəyyənləşib.
Tribunainfo.az-ın məlumatına görə, yığmanı Dorival Junior çalışdıracaq. Bu barədə Braziliya klubu “Sao Paulo”nun sosial şəbəkədəki rəsmi səhifəsi açıqlama yayıb. Klubun açıqlamasında mütəxəssisin istefasının qəbul edildiyi və onun millinin rəhbəri olacağı bildirilib.
Mütəxəssis də Braziliya millisinə getdiyini təsdiqləyib. O, “Arzum gerçəkləşdi. Buna görə də prezidentə və idarə heyətinə “Sao Paulo”da yeni strukturun bir parçası olduqları üçün təşəkkür etməliyəm. Azarkeşlərə dəstəyinə və sevgilərinə görə təşəkkür edirəm”.
Karyerası ərzində Braziliyada bir çox komandaları çalışdıran Dorival Juniorun ən uzun müddət idarə etdiyi komanda “Santos” olub. Müxtəlif vaxtlarda iki dəfə “Santos”da çalışan təcrübəli məşqçi ikinci dönəmində komandanı 94 matçda meydana çıxarıb və orta hesabla hər oyunda 1,94 xal toplayıb. Junior ötən ilin aprelindən “Sao Paulo”nu çalışdırır.
Dorival Junior karyerasında Braziliya Kubokunu (3), “Copa Libertadores”i, “Sudamericana” və Braziliya B Seriyası çempionluğunu qazanıb.