Brayza: “Həmsədrlərin bəyanatı yanlışdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təəssüflər olsun ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatı vəziyyətə aydınlıq gətirmir.  

Təəssüflər olsun ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatı vəziyyətə aydınlıq gətirmir. 

Bu, dünyanın istənilən nöqtəsində, istənilən yerində beynəlxalq vasitəçiliyin həyata keçirildiyi münaqişə zonasında zorakılığı pisləyən tipik, qeyri-formal bəyanatdır.

Bunu Azvision.az-a ABŞ-ın Azərbaycandakı səfiri, ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədri Metyu Brayza deyib.

Ötən gün Füzuli rayonunun Alxanlı kəndində baş verən erməni təxribatı ilə bağlı həmsədrlərin bəyanatına münasibət bildirən sabiq səfir hesab edir ki, münaqişələrin hərbi-siyasi yolla həllinin olmaması barədə bəyanatlar vermək yanlışdır.

“Müəyyən hərbi faktorlar belə münaqişənin nizamlanması üçün razılaşdırılmalı olan siyasi faktorların formalaşdırılmasında əsas rol oynayır. Diplomatiyada hərbi güc və siyasi dialoq qırılmaz şəkildə bir-birinə bağlıdır”.

Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri yaydıqları bəyanatda Azərbaycan və Ermənistanı hərbi əməliyyatları dayandırmağa çağırıb.