“Bravo”dakı silahlı insidenti törədənlərdən biri “Tarqovı”da saxlanıldı, digəri məhv edildibackend

“Bravo”dakı silahlı insidenti törədənlərdən biri “Tarqovı”da saxlanıldı, digəri məhv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Xətai rayonu ərazisində  “Bravo” supermarketdə silahlı insident törətməkdə şübhəli bilinənlərdən bir nəfər saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, polisə silahlı müqavimət göstərən bir nəfər isə məhv edilib.

Əldə etdiyimiz məlumata görə, hadisəni törədənlərdən biri “Tarqovı”da Fəvvarələr meydanında tutulub. Onun həmin ərazidəki evlərdən birində xanım tanışının yanında gizləndiyi bildirilir.

DİN-dən saytımıza bildirilib ki, əməliyyat tədbirləri davam edir. Əlavə məlumat veriləcək.

Qeyd edək ki, hadisə zamanı odlu silahdan açılan atəş nəticəsində “Unibank”ın əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə ölüb.