“Brand Credit” Bank Olmayan Kredit Təşkilatı ilə bağlı zərərçəkənlər məhkəməyə müraciət edib.
Tribunainfo.az xəbər verir ki, BOKT-la bağlı iddianı Talıbova Aynürə Əbilfət qızı və Məmmədova Vüsalə Arif qızı qaldırıb. İşin mahiyyəti müqavilələrin etibarsız hesab edilməsi tələbi üzrədir.
“Brand Credit” BOKT-la bağlı iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. 15 yanvar 2025-ci il tarixində hakim Azad İmanovun sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, məhkəməyə verilən “Brand Credit” BOKT 2011-ci ildə yaradılıb. BOKT-un Müşahidə Şurasının sədri Azər Hümbətovdur.
Tərəfləri dinləməyə hazırıq.
Nigar