“Brand Credit” BOKT-u cərimələdilər

“Brand Credit” BOKT-u cərimələdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Brand Credit” Bank Olmayan Kredit Təşkilatı ilə bağlı cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, araşdırma zamanı məlum olub ki, sözügedən BOKT İnzibati Xətalar Məcəlləsinin yol hərəkəti qaydaları əleyhinə olan 347-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
“Brand Credit” BOKT-la bağlı iş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. 5 iyul tarixində hakim Hafiz Kamranovun sədrliyi ilə işə baxılacaq.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Nigar