backend

BQXK şəhidin meyitinin qaytarılmasında vasitəçilik etmək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hazırda Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) münqaişə tərəflərinin hakimiyyət orqanları ilə əlaqədədir və bu məsələni yaxından izləyir”. 

“Hazırda Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) münqaişə tərəflərinin hakimiyyət orqanları ilə əlaqədədir və bu məsələni yaxından izləyir”.

Bunu TİA.AZ-a açıqlmasında BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib:

“Biz meytin qaytarılmasında neytral vasitəçilik etməyə hazırıq. BQXK-nin hakimiyyət orqanları ilə danışıqlari iki tərəfli və konfedensialdır. Buna görə də danışıqların məzmunu ictimaiyyətə açıqlamırıq”.

Qeyd edək ki, Azərbaycan ordusunun əsgəri Qurbanov Çingiz Salman oğlu ötən gün erməni təxribatının qarşısını alarkən şəhid olub. Onun meyiti düşmən nəzarətindəki ərazidə qalıb.

Meyitin geri qaytarılması ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikə rəsmi qaydada müraciət edilib.