Komitə dərmanlarla, yaxınları ilə əlaqə qurmağa, tibbi nəqliyyatın əldə edilməsinə kömək edir.
Tribunainfo.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, Beynəlxalq Qızıl Xaç Komitəsi Qarabağda qalanlara humanitar yardım göstərir. Bu barədə BQXK-nın əməliyyat departamentinin direktoru Martin Şupp RİA Novosti- yə bildirib.
Onun sözlərinə görə, bəzilərinin tibbi yardıma, bəzilərinin isə yeməyə və suya ehtiyacı var. O qeyd edir ki, BQXK dərmanla təmin edir, yaxınları ilə əlaqə yaratmağa kömək edir, tibbi nəqliyyatın əldə edilməsinə kömək edir.
“Bu gün az sayda insan ya orada qalmağı seçdikləri üçün, ya da özləri evlərini tərk edə bilmədiklərinə görə, bəlkə də yaşlı və ya əlil olduqları üçün evlərində qalırlar”, – Şupp bildirib.